1. Mən optik internetə necə qoşula bilərəm?
İlk öncə bizim müştəri xidmətləri ilə əlaqə saxlayaraq optik internet xidmətlərimizin əhatə dairəsinə aid olub-olmadığını dəqiqləşdirə bilərsiniz.
2. Qoşulmaq üçün nə sənədlər lazımdır?
Qoşulmaq üçün ofisə yaxınlaşmağa ehtiyac yoxdur,mənzilinizə gələn əməkdaşımız sizdən yalnız müqavilə doldurulması üçün şəxsiyyət vəsiqəsi tələb edəcəkdir.
3. Qoşulma və ya servis neçə gün ərzində həyata keçirilir?
Sifarişiniz qəbul olunduqdan 1 iş günü ərzində Sizinlə əlaqə saxlanılıb qoşulmanın dəqiq vaxtı haqqında məlumat veriləcək. (İş vaxtı: Həftə içi hər gün 09:00-18:00)
4. CityLine abunəçilərə neçə Mbit/s sürət təqdim edir?
CityLine abunəçilərə 10 mbit/s -dən 500 mbit/s-ə qədər limitsiz, yüksək sürətli internet xidmətləri göstərmək imkanına malikdir.
5. CityLine-ın digər provayderlərdən üstünlüyü nədən ibarətdir?
CityLine-nın ilk üstünlüyü ondadır ki,müştəri ödənişi aylıq yox gündəlik də ödəmə imkanına malikdir.Belə ki,minimum 1 AZN belə ödənildikdə internetiniz aktiv olacaqdır.
6. Mən tarif planımı dəyişmək üçün nə etməliyəm?
Tarif planını dəyişmək üçün müştəri xidmətlərinə müraciət etməlisiniz.
7. Müştəri xidmətləri ilə nece əlaqə saxlaya bilərəm?
Müştəri xidmətləri ilə əlaqə saxlamaq üçün Qaynar xətt-012 310 00 66 və ya 077 410 00 66
8. Mənim İP ünvanım tez-tez dəyişir,mən daimi statip ip nece əldə edə bilərəm?
Statik İP ünvanıni əldə etmək üçün ofisimizə müraciət etməlisiniz.Statik ip ünvanının aylıq abunə haqqı 5AZN-dir.
9. Mən Wi-Fi ruterin şirfəsini unutmuşam. Bu halda nə etmək lazımdır?
Bunun üçün ödəniş kodunuzu dəqiqləşdirib bizimlə əlaqə saxlamağınız kifayətdir.
10. Rəqəmsal TV analoq yayımından nə ilə fərqlənir?
Rəqəmsal televiziyanın analoq yayımından əsas fərqi yüksək HD görüntü və səsin keyfiyyətindədir. Rəqəmsal yayım televiziyada yeni standart hesab olunur. Əgər standart televiziya görüntünü 4:3 formatında 720×576 pixel ilə təqdim edirsə, rəqəmsal yayımının formatı 16:9-dur və görüntü 1920×1080 / 1280×720 pixel ilə təqdim olunur.
11. Rəqəmsal yayıma qoşulmaq üçün ayrıca kabel çəkdirməyə ehtiyac var?
Əgər Siz artıq CityLine abunəçisisinizsə, kabel çəkdirməyə ehtiyac yoxdur.
12. Bir mənzildə iki və daha artıq televizoru rəqəmsal yayıma qoşmaq olar?
Bəli, bu mümkündür.İkinci TV pulsuz,3cü TV üçün isə aylıq abunə haqqı 2AZN-dir.
13. Heç bir kanal göstərmir. Nə etmək lazımdır?
Zəhmət olmasa kabelin yerində olduğunu, onun zədəli olmadığını yoxlayın. Hər şey qaydasında olduğu halda bizim mərkəzə qaynar xəttimizə zəng edin.
14. Yeni kanallar əlavə olunduqda mən bu haqda necə məlumat əldə edə bilərəm?
Bütün dəyişikliklər haqqında məlumatı Siz CityLine saytından əldə edə bilərsiniz.