• Farida Written by Farida
  • October 1, 2026
  • 2 minutes

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə CityLine olaraq Main MTK-da yaşayan balaca sakinlər üçün xüsusi bir gün təşkil etdik. 🎈💚

Uşaqların üzündə təbəssüm yaratmaq, onların bayram sevincinə kiçik də olsa töhfə vermək bizim üçün də böyük xoşbəxtlikdir. Bu münasibətlə Main MTK-da yaşayan balaca dostlarımızı ziyarət edərək onları kiçik hədiyyələrlə sevindirdik.

Hər bir uşağın öz dünyası, arzuları və xəyalları var. Biz inanırıq ki, uşaqlığın ən gözəl xatirələri məhz belə səmimi və xoş anlardan yaranır. Hazırladığımız hədiyyələri balacalara təqdim edərkən onların sevincini bölüşmək bizim üçün də bayramın ən gözəl hissəsi oldu.

CityLine olaraq yalnız keyfiyyətli internet xidməti təqdim etməklə kifayətlənmir, xidmət göstərdiyimiz abonentlər həyatına müsbət dəyər qatmağa da çalışırıq. Çünki bizim üçün “evə aparan xətt” yalnız internet bağlantısı deyil, həm də insanları, ailələri və gözəl anları birləşdirən bir xəttdir. 💚

Bu gözəl gün münasibətilə bütün uşaqları ürəkdən təbrik edir, onlara sağlam, xoşbəxt və rəngarəng uşaqlıq arzulayırıq.

Bayramınız mübarək, əziz uşaqlar! 🎈

Leave a Reply

Your email address will not be published. Required fields are marked *