October 2, 2026
CityLine olaraq internet xidmətlərimizi fərqli ehtiyaclara uyğun daha əlçatan etmək üçün yeni kampaniyalarımızı təqdim edirik. Tələbələr, dostlarını CityLine-a dəvət edən abonentlər və xüsusi sosial kateqoriyalara aid şəxslər üçün hazırlanan bu kampaniyalar internetdən daha rahat yararlanmaq üçün əlavə imkanlar təqdim edir.
Tələbələr üçün nəzərdə tutulan “Gələcəyə aparan xətt” kampaniyası ilə aktiv Tələbə Plus kartı olan tələbələr CityLine internet tariflərinə 25% endirim əldə edə bilərlər.
Təhsil yolunuzda internet də sizinlə olsun. 💚
Dostunuzu CityLine-a dəvət edin, həm siz, həm də dostunuz qazansın. Kampaniya çərçivəsində dostunu dəvət edən abonentə və CityLine-a qoşulan dostuna 25 AZN bonus təqdim olunur.
Yaxşı interneti dostlarla bölüşmək indi daha da xoşdur.
CityLine müəyyən sosial kateqoriyalara aid abonentləri üçün xüsusi Qayğı tarifi təqdim edir. Bu tarif sosial statusunu rəsmi sənədlə təsdiqləyən şəxslər üçün nəzərdə tutulub.
Çünki keyfiyyətli internet hər kəs üçün əlçatan olmalıdır.
Kampaniyaların şərtləri, qoşulma qaydaları və digər detallarla CityLine saytının “Tariflər” bölməsində daha ətraflı tanış ola bilərsiniz.
Sizə uyğun kampaniyanı seçin və CityLine ilə bağlantınızı daha rahat davam etdirin.