Qayğı Xətti


CityLine olaraq müəyyən sosial kateqoriyalara aid abonentlərimiz üçün xüsusi Qayğı tarifi təqdim edirik. Bu tarif sosial statusunu təsdiq edən şəxslər üçün nəzərdə tutulub.




Müharibə veteranları üçün

Veteran vəsiqəsi əsasında

İnternet · 100 Mb/s
10 ₼/ay
İnternet · 200 Mb/s
15 ₼/ay
İnternet + TV · 100 Mb/s
TV daxildir
18 ₼/ay
İnternet + TV · 200 Mb/s
TV daxildir
20 ₼/ay

Əlilliyi olan şəxslər üçün

I, II və III qrup — sənədlə təsdiqləndikdə

İnternet · 100 Mb/s
15 ₼/ay
İnternet + TV · 100 Mb/s
TV daxildir
18 ₼/ay




Kimlər Qayğı tarifindən yararlana bilər?

  • 20 Yanvar hadisələri və Birinci, İkinci Qarabağ müharibələrində şəhid olmuş şəxslərin ailə üzvləri;
  • Birinci və İkinci Qarabağ müharibələri ilə əlaqədar I, II və III qrup əlilliyi olan şəxslər;
  • 20 Yanvar hadisələri, Əfqanıstan müharibəsi, İkinci Dünya müharibəsi və Çernobıl qəzası nəticəsində I, II və III qrup əlilliyi olan şəxslər;
  • İkinci Dünya müharibəsinin iştirakçıları və veteranları;
  • I, II və III qrup əlilliyi olan şəxslər.

Tarifdən yararlanmaq üçün nə lazımdır?

Qayğı tarifinə qoşularkən uyğun sosial kateqoriyaya aid olduğunuzu göstərən rəsmi sənədi təqdim etməlisiniz. Statusdan asılı olaraq veteran vəsiqəsi, əlilliyi təsdiqləyən sənəd və ya şəhid ailəsi üzvü olduğunu təsdiq edən sənəd qəbul olunur.


Tarif neçə ünvanda keçərlidir?

Qayğı tarifindən yararlanmaq hüququ olan abonent bu xüsusi tarifə yalnız bir yaşayış ünvanı üzrə qoşula bilər.